İngiltərə şahzadəsi moda sektoruna qoşulur

19:00 19-11-2019 18

İngiltərə şahzadəsi Çarlz geyim kolleksiyası yaradır.

Şahzadənın çıxartmağa hazırlaşdığı geyim kolleksiyası həm xanımlara, həm də kişilərə xitab edəcək.

Çarlz layihəni krallığın xeyriyyə təşkilatlarından biri olan Şahzadə Fondu və “Yoox Net-a-Porter” ilə birgə işbirliyi nəticəsində həyata keçirəcək.

Kolleksiyanın adı “Müasir sənətkar” olacaq.

“Yoox Net-a-Porter”in baş direktoru Federiko Marchetti kolleksiyasının İtaliyada dizayn ediləcəyini, amma İngiltərədə istehsal olunacağını açıqlayıb.

Kolleksiyadan əldə olunacaq bütün gəlir Şahzadə Vəqfinə veriləcək.

Sevinc Yasinqızı