NATO-nun iki döyüş gəmisi Qara dənizə daxil olub - VİDEO

04:27 03-07-2019 670

YouTube-da yerləşdirilmiş videoda Böyük Britaniyanın “HMS Duncan” esminesinin və Kanadanın “Toronto HMCS” freqatının Bosfordan keçdiyi anlar əks olunub.

Gəmilər Dardanel boğazından keçərək Mərmərə dənizinə, sonra Bosfor boğazından keçərək Qara dəniz akvatoriyasına daxil olublar.

NATO gəmiləri Odessaya “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak etmək üçün gediblər.

Amerika və Ukrayna hərbçilərinin birgə təlimləri iyulun 12-dək davam edəcək.