Tripoliyə hava zərbəsi endirildi: çoxlu sayda ölü və yaralı var

06:36 03-07-2019 607

Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığında qaçqınların saxlama mərkəzinə edilən avizərbələr nəticəsində ən azı 40 nəfər ölüb.

Səhiyyə xidmətinin nümayəndəsi Malik əl-Mursit “RİA Novosti”yə bildirib ki, daha təxminən 80 nəfər yaraladır.

Onun sözlərinə görə, təcili tibbi xidmət işçiləri zərər çəkənlərə kömək etməkdə davam edir.

Liviya hakimiyyəti yaralıların xəstəxanalara yerləşdirilməsi ilə bağlı fotomateriallar təqdim edib.

Daha əvvəl marşal Xəlifə Xəftarın tabeliyində olan Liviya milli ordusu Tripoliyə qarşı hava əməliyyatlarına başladıqlarının bildirib.