Tekila sevərlərin nəzərinə: qiyməti artıb

10:45 03-07-2019 626

Son dörd ildə Meksikanın milli içkisi olan tekilanın alışına çəkilən xərclər 23 faiz artıb.

Financiero” portalı xəbər verir ki, buna səbəb istehsal qiymətinin yüksəlməsi və bu spirtli içkiyə tələbatın artmasıdır.

Belə ki, hazırda ölkədə bir şüşə tekilanın orta hesabla qiyməti 438 peso (təqribən 22,5 dollar) təşkil edir. 2015-ci ildə bu rəqəm təqribən 355 peso idi.

İçkinin qiymətinin artmasının əsas səbəbi isə tekilanın hazırlandığı aqavanın kəskin bahalaşmasıdır. Son dörd ildə bitkinin bir kiloqramının qiyməti 3-dən 26 pesoyadək yüksəlib.

Üstəlik, Meksikanın yalnız beş ştatı tekila istehsal etmək hüququna malikdir ki, bu da təklifi azaldır.