İtaliyada vulkan püskürdü: ölü və yaralı var – FOTO/VİDEO

02:00 04-07-2019 401

İtaliyanın Stromboli adasındakı vulkan yenidən fəaliyyətə keçib.

“RİA Novosti” xəbər verir ki, güclü püskürmə zamanı havaya çox miqdarda kül və zəhərli qaz qarışıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, vulkanın yaxınlığında olan turistlərə də zərər dəyib. Yerli yanğından mühafizə xidmətindən bir nəfərin öldüyü ilə bağlı xəbərlər təsdiqlənib.

Hətta uzaq məsafədən də vulkanın zirvəsindən axan lavanı görmək mümkün olub.

70 nəfər yaxınlıqdakı yaşayış məntəqələrinə evakuasiya edilib.

Qeyd edək ki, Stromboli vulkanı sonuncu dəfə 2009-cu ildə oyanmışdı.