Merkel yenə çətin vəziyyətə düşdü - VİDEO

13:00 07-12-2019 398

Almaniya kansleri Angela Merkel Osvençimi ziyarət edərkən, yenə özünü pis hiss edib.

Bu barədə “Reuters” xəbər verib.

Kadrlardan görünür ki, memorialın qarşısına əklil qoyduqdan sonra Merkel geri dönüb qayıtmaq istəyərkən tarazlığını itirir və az qalır ki, yıxılsın.

Bu vaxt yanında olan nümayəndələr onun əlindən tutaraq, köməyinə gəlirlər.

Qeyd edək ki, bütün bunlar Almaniya kanslerinin səhhətində bu il artıq neçənci dəfədir ki, yaranan problemlərlə bağlı narahatlıqlar fonunda baş verib.