Gürcüstandan Azərbaycana partlayıcı vasitələr gətirən şəxs saxlanıldı - FOTO

19:20 07-12-2019 375

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes Benz 350” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın arxa hissəsində və yük yerində gömrük nəzarətindən gizlədilmiş üzərində “Cracker K020” yazısı olan 105600 ədəd pirotexniki vasitə aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.