Bakıda mənzildən qadın meyiti tapıldı

20:40 07-12-2019 401

Bakıda mənzildən qadın meyiti tapılıb. 

FHN-dən HerGun.Az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.  

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.