“Best Model of The World – 2019” müsabiqəsinin qalibi azərbaycanlı oldu - FOTO

13:00 08-12-2019 209

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.

HerGun.Az xəbər verir ki, 40 ölkədən yarışmaya qatılan iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb.

Xatırladaq ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018" milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.

Qeyd edək ki, “Best Model of The World" müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub.

Rəşad Əliyev