Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi

03:20 09-12-2019 42

ABŞ prezidenti Donald Tramp Kim Çen Inın düşmənçilik siyasəti apardığı təqdirdə hər şeyi itirmək təhlükəsi haqqında danışıb.
 
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. 
 
“Kim Çen In çox ağıllıdır və onun itirməyə nəyi isə var, əgər o, düşmən obrazı ilə hərəkət etsə, ümumiyyətlə hər şeyi itirəcək. Biz nüvəsizləşdirmə haqqında razılaşmanı imzalamışıq. O, ABŞ prezidenti ilə xüsusi münasibətləri korlamaq istəməz”, - deyə Tramp yazıb.
 
Daha əvvəl Şimali Koreyanın BMT-dəki nümayəndəsi bildirib ki, ölkəsi ABŞ ilə apardığı nüvəsizləşdirmə haqqında danışıqlarda maraqlı deyil.