Dili əlindəki toxumalarla bərpa edildi - FOTO

03:20 10-12-2019 402

Xərçəng xəstəsi olan ingiltərəli qadının dili əlindən götürülən toxumaların köməyi ilə bərpa edilib.

Bu barədə “Metro” xəbər verib.

Bildirilir ki, 36 yaşlı Stefani Viqlsvortun xəstəliyi ilə əlaqədar dilinin bir hissəsi götürülmüşdü. Sonra sol qolunun dərisi, əzələ toxuması və damarı vasitəsi ilə dili bərpa edilib.

“Dərinin götürüldüyü əlim ağzımdan çox ağrıyırdı. İnana bilmirdim. Mən siqaret çəkən bir insan idim, buna layiq olduğumu hiss edirdim. Ancaq övladımın məni xatırlaması üçün daha çox yaşamaq istəyirdim”, - deyə britaniyalı qadın etiraf edib.

Stefani radioterapiyanın 35 seansından keçib. O, səsini itirib, özü yeyə bilmir və damardaxili qidalanır, ancaq mayeni özü qəbul edə bilir. Qadın, ən çox sevdiyi yemək - sendviç və biftek üçün darıxsa da, halının müsbət olduğunu bildirib.