Braziliya prezidenti Qreta Tunberqi təhqir etdi

07:20 11-12-2019 835

Braziliya prezidenti Jair Bolsonaru isveçli təbiət keşikçisi Qreta Tunberqi təhqir edib.
 
“The Guardian” xəbər verir ki, Qreta Amazonka meşələrini müdafiə edən indialıların öldürüldüyünü dilə gətirib. 
 
“Mətbuatın bu balaca nəsilsizə (“pirralha” – potuqal dili) böyük diqqət yetirməsi təəcüblü haldır”, - deyə Bolsonaru bildirib. 
 
Tunberq buna cavab olaraq “Twitter” səhifəsində “Pirralha” sözünü yerləşdirib.