Əli Həsənov vəzifəsindən azad olunduqdan sonra ilk dəfə... - FOTO

15:20 11-12-2019 401

Yeni Azərbaycan Partiyasının rəhbərliyi müstəqil dövlətimizin Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Unikal.org-un məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının sabiq ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və həyat yoldaşı, “Kaspi” liseyinin təsisçisi Sona Vəliyeva da ziyarətçilər arasında olublar.

Ə.Həsənov vəzifəsindən azad olunduqdan sonra ilk dəfə YAP-ın rəsmi tədbirinə qatılıb.