Bakıda gənc oğlanın başını daşla yardılar

05:00 12-12-2019 582

Xətai rayonunda döyülmə faktı baş verib.

HerGun.Az xəbər verir ki23 yaşlı Həsənov Kənan Nizami oğlu naməlum şəxslə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, K.Həsənovun başına daşla zərbə endirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu