Azərbaycana yeni yumşaq pendirlər gətiriləcək

12:09 05-07-2019 813

Rusiya Federasiyası Adıgey Respublikasından Azərbaycana pendir ixrac olunacaq.

Sovetskaya Adıgeya” xəbər verir ki, bunu Krasnoqvardeysk süd zavodunun direktoru Ruslan Teşev deyib.

O, Azərbaycandan olan distribüterlə müqavilə bağladıqlarını bildirib:

“Həmin distribüter Adıgey pendirini ölkənin iri ticarət şəbəkələrinə göndərəcək. Ümid edirik ki, artıq gələn həftə ilk tədarükü həyata keçirəcəyik”.

R.Teşev Azərbaycana yumşaq pendirlərin bütün çeşidinin tədarük olunacağını qeyd edib.