Kolumbiyada bina uçub – Ölənlər var

03:45 06-07-2019 661

Kolumbiyanın Medelin şəhərində üçmərtəbəli binanın uçması nəicəsində azı üç nəfər ölüb. 

“RİA Novosti” bildirir ki, bu barədə şəhərin təbii fəlakətlər riskinin idarə olunması üzrə inzibati departamenti məlumat yayıb.

“Üç nəfər xilas edilib, daha üç nəfər isə həlak olub. Dağıntılar altında qalanların axtarış işləri hələ də davam edir”, - deyə məlumatda bildirilir.

Hadisənin baş vermə səbəbləri hələ məlum deyil.