Kokainlə tutulan UFC döyüşçüsü cəzasız qaldı

10:40 09-01-2020 518

Amerikalı döyüşçü Dekuan Taunsend dopinq testində müsbət cavabdan sonra ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən tətbiq olunan sanksiyaları qəbul edib.

Bu barədə “MMA Junkie” məlumat verir.

33 yaşlı idmançının qanında kokain izi tapılıb. Taunsend USADA tərəfindən altı aylıq uzaqlaşdırılmanı qəbul edib.

Döyüşçünün diskvalifikasiyası 2019-cu ilin iyunundan sayıldığı üçün, dekabrın 28-də başa çatıb.

Beləliklə, Taunsend yanvarın 25-də keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirində çıxış edə biləcək.