“Taxtların oyunları” serialının ulduzu elmi dərəcə aldı

06:27 07-07-2019 693

“Taxtların oyunları” fentezi serialında Robbi Stark rolunun ifaçısı Riçard Medden Şotlandiya Kral konservatoriyasının fəxri incəsənt doktoru oldu. 

Lenta.ru” bildirir ki, bu barədə “The Scottish Sun” məlumat verir.

“Mən 12 illik gecikmə ilə də olsa, nəhayət, təhsilimi başa vururam”, - deyə Medden bildirib.

Meddenin sözlərinə əsasən, o, təhsilini 2007-ci ildə bitirmişdi, lakin işinə görə buraxılış imtahanında iştirak edə bilməmişdi.