Qazaxda tank əleyhinə raket tapılıb - FOTO

00:40 17-01-2020 361

Qazax rayonunda tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) HerGun.Az-a verilən məlumata görə, yanvarın 16-sı saat 16:55-də Dövlət Sərhəd Xidmətindən agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib.  

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.