Pişiyə təpik vuraraq şikəst etdi – VİDEO

02:20 17-01-2020 476

İsrailin Eylat şəhərində yerləşən kafelərdən birində xoşagəlməz hadisə baş verib.

“MIG News” xəbər verir ki, müştərilərdən biri, arada gəzən pişiyi yanına çağıraraq onа güclü təpik ilişdirib.

Sonra isə həmin şəxs heçnə olmamış kimi yerinə oturaraq yemək yeməyini davam edib.

Pişik zərbədən sonra sağ qalsa da, ağır xəsarətlər alıb.

Baytar klinikasına çatdırılan pişiyin başının əzildiyi və ayaqlarından birinin qırıldığı təsbit edilib.

Qeyd etmək lazımdır, həmin qəddar şəxs artıq polis tərəfindən saxlanılıb.