Fransada tennis topu ölçüsündə dolu yağdı – VİDEO

18:18 07-07-2019 833

Son günlər Avropada anomal hava şəraiti hökm sürür.

Qitənin bir neçə ölkəsi yüksək temperaturdan əziyyət çəkirsə, bəzi ölkələrdə şiddətli yağış və dolu həyatı iflic edib.

TASS xəbər verir ki, ötən gün Fransada güclü dolu müşahidə edilib. Belə ki, hər biri tennis topu ölçüsündə olan dənələr əhaliyə güclü ziyan vurub.

Təbiət hadisəsi Fransanın Overn – Rona – Alp regionunda qeydə alınıb.

Sosial şəbəkələrdə dolu yağışı zamanı çəkilmiş videolar yayılıb.

Qeyd edək ki, Fransa meteorologiya xidməti əhaliyə havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.