Bakıda qadın evdə bıçaq xəsarəti alıb
23:00 23-01-2020 641
Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.
Hadisə E.Süleymanov küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1986-cı il təvəllüdlü Quliyeva Aynurə Asif qızı yaşadığı mənzildə xəsarət alıb. Onun mübahisə zəmnində özünə xəsarət yetirdiyi bildirilir.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli