18 yaşlı müğənninin albomu ilin ən yaxşısı seçildi

10:00 27-01-2020 24

18 yaşlı amerikalı müğənni Billi Ayliş “Ən yaxşı pop-albom” nominasiyasında “Qremmi” musiqi mükafatına layiq görülüb.

Bu barədə mükafatın rəsmi saytında informasiya yerləşdirilib.

Ayliş “When We All Fall Asleep, Where Do We Go?” albomu ilə qalib seçilib.

Sözügedən nominasiyada, həmçinin, “Thank u, next” albomu ilə Ariana Qrande, “Lover” albomu ilə Teylor Svift, “The Lion King: The Gift” albomu ilə Beyons, həmçinin, “No.6 Collaborations Project” adlı albomu ilə Ed Şiran namizəd olsa da, Billi Ayliş bu nominasiya üzrə ən yaxşı seçilib.