Avtomobil işıq dirəyinə çırpıldı, yaralı var - FOTO

01:00 31-01-2020 350

Suraxanı rayonunda baş verən yol qəzası zamanı bir nəfər xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, hadisə İlqar Musayev küçəsində, Günəşli qəbiristanlığının yaxınlığında qeydə alınıb. 

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.  

Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücünün yüngül xəsarət aldığı bildirilir.  

Zərbənin gücündən işıq dirəyinə ciddi ziyan dəyib.  

Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli