Bezosun sərvəti 15 dəqiqəyə 13,2 milyard dollar artdı

14:20 31-01-2020 317

“Amazon” şirkətinin sahibi Cef Bezosun sərvəti 15 dəqiqəyə 13,2 milyard dollar artıb.

“Bloomberg” xəbər verir ki, sözügedən hal kampaniyanın səhm qiymətlərinə təsir göstərən rüblük hesabatını açıqlaması nəticəsində baş verib.

Maliyyə hesabatlarının dərc olunmasından sonra “Amazon” şirkətinin səhmləri 12 faiz artaraq 2100 dollara yüksəlib.

“Bloomberg Billionaires Index”in qeyd etdiyi kimi, bu cür göstəricilərlə Bezosun sərvəti 129,5 milyard dollara çata bilər.

Rüblük hesabata əsasən, şirkətin gəliri 21 faiz artaraq, 87,4 milyard dollara, xalis mənfəəti isə 8% artaraq, 3,27 milyard dollara çatıb.