20 yaşlı gənc həmyaşıdını amansızcasına qətlə yetirdi - VİDEO

16:20 31-01-2020 428

Rusiyanın Volqoqrad şəhərində təsadüf nəticəsində digər şəxsin çiyninə toxunan gənc bıçaqlanaraq qətlə yetirilib. 

REN TV məlumat verir ki, ölümlə bitən münaqişənin baş verdiyi hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.

İlk olaraq kollec tələbəsi qarşısındakı şəxsin çənəsinə zərbə endirir. Qarşılığında isə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxs bıçaqla tələbənin boynuna bıçaqla xəsarət yetirib.

Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Polislər qətli törədən şəxsi saxlayıblar.