Lənkəranda bədbəxt hadisə: iki yaşlı uşağı it dişlədi

01:00 09-07-2019 568

Lənkəranda 2 yaşlı uşağın üzünü it dişləyib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Liman şəhər sakini 2 yaşlı Hüseynova Nərmin Emin qızını it qapıb.

İt uşağın üz nahiyəsinə müxtəlif dərəcəli xəsarətlər yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən uşağın vəziyyəti cərrahların müdaxiləsindən sonra hazırda normaldır.