Heydər Əliyev prospektində qəza: işıq dirəyi aşdı, tıxac yarandı - FOTO

02:54 09-07-2019 711

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin təkərində nasazlıq yarandığından sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən işıq dirəyi aşıb. İlkin məlumata görə, avtomobildə 1 uşaq və 2 qadın olmaqla, ümumilikdə 4 nəfər olub.

Bildirilib ki, qəza zamanı xəsarət alan olmayıb.

Hadisədən sonra ərazidə güclü tıxac yaranıb.

Kamil Əmirli, Elşad Mətləboğlu