Hacıqabulda iki yük maşını toqquşdu, 1 nəfər öldü

08:18 09-07-2019 571

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“MAZ” və “KAMAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfərin ödüyü bildirilir.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.