Azərbaycanda mikroavtobus qəzası - Səkkiz nəfər öldü

08:45 09-07-2019 922

Masallıda yol qəzası baş verib.

HerGun.Az-ın məlumatına görə, yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində ölən və yaralananlar var.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada 8 nəfər ölüb, 1 nəfər qadın isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə məktəb yaşlı uşaqlar olub.

Yaralı qadının 24 yaşı var. O, hazırda Masallı Mərkəzi Rayon Xəxstəxanasının reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.