Hindistanda aslanlar beş yaşlı uşağı yedilər

02:40 06-02-2020 393

Hindistanda dişi aslan balaları ilə birlikdə balaca uşağa hücum edib.

“NDTV” xəbər verir ki, gecə valideynləri ilə birgə tarlada yatan usağı Girk meşəsində yaşayan aslanlar aparıb.

Qısa müddət sonra uşağın qalıqları hadisə yerinin yaxınlığında aşkar edilib. 

Qeyd edək ki, Hindistanın Girk meşəsində 500-ə yaxın aslan yaşayır. 

Qidalanmaq üçün həmin aslanlar tez-tez insanların yaşadığı ərazilərə gəlir.