Dəməşq raket hücumuna məruz qaldı

05:00 06-02-2020 405

Suriyanın paytaxtı Dəməşqdə partlayışlar baş verib.

“RİA Novosti” xəbər verir ki, ölkənin HHM-ə bölmələri şəhəri raket zərbələrindən qorumaq üçün cavab atəş açıblar.

Məlumata əsasən, bir neçə “düşmən hədəfi” vurulub.

Hücumun İsrailin əlində olan Qolan yüksəkliklərindən gerçəkləşdirildiyi deyilir.

İsrail tərəfi hələ ki bu barədə açıqlama verməyib.

Xatırladaq ki, son dəfə Dəməşq ötən ilin dekabr ayında raket hücumuna məruz qalmışdı.