Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

05:54 18-06-2019 771

“Fənərbaxça”nın rusiyalı müdafiəçisi Roman Noyştedter digər İstanbul təmsilçisi “Beşiktaş”a keçə bilər. Bu haqda futbolçunun özü məlumat verib.

Onun sözlərinə görə, “Beşiktaş”ın yeni baş məşqçisi Abdulla Avci rusiyalını komandasında görmək istəyir.

“Yaxın zamanda keçidimə aydınlıq gətiriləcək. Buna görə İstanbuldan getməyə tələsmirəm. Rusiyadan və Almaniyadan gələn təklifləri hələlik qırağa çəkmişəm”, - deyə, futbolçu bildirib.

Bu ilin iyunun 30-da R. Noyştedterin “Fənərbaxça” ilə müqaviləsi bitir. 2018/19 mövsümündə o, 31 dəfə “sarı-lacivertlər”in formasını geyib və bu oyunlarda 2 qola imza atıb.