Britaniya Parlamentinə tülkü girdi - VİDEO

20:20 07-02-2020 73

Britaniya Parlamentinə tülkü girib.

TASS-ın məlumatına görə, bu barədə mühafizəkar deputat  Culiya Lopes özünün “Twitter” hesabında paylaşıb.

“İş gününün sonunda Parlamentdəki ofisdən çıxıram və eskalatorla “Portkullis-haus”a çıxan tülkünü görürəm. Biz bir sıra qəribə şeylərin şahidi olmuşuq, ancaq beləsinin yox!”, - deyə o, baş verənləri şərh edib.

Polislər tülkünü tutaraq qutuya qoyublar, sonra isə küçəyə buraxıblar.