150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO

18:20 08-02-2020 77

Türkiyənin Trabzon şəhərində baş verən qeyri-adi hadisə hər kəsi heyrətə gətirib. Belə ki, 150 illik tarixi bulaq bir gecənin içində oğurlanıb. Bu barədə “Hürriyet” xəbər yayıb.

Bildirilir ki, hadisə Vakfikebir rayonunun Güneyköy məhəlləsində qeydə alınıb. Kənd muxtarı Suvari Şərəf Vakfikebir - Tonya yolu üzərində ağaclıq ərazidə olan bulağın yerində olmadığını görərək şoka düşüb və dərhal bu barədə jandarmaya məlumat verib.

Hadisə ilə bağlı dərhal təhqiqatlara başlayan jandarma ərazidəki müşahidə kameralarından görüntüləri izləyib. Sonra isə tarixi əsərin qaçaqmalçılığını həyata keçirən şübhəlilərlə bağlı əməliyyata başlayıb. Nəticədə üç nəfər saxlanılıb. Onlarla bağlı istintaq başlanılıb.

Qeyd edilir ki, bulaq 1904-1909-cu illərdə bələdiyyə sədri olan Hacı Memiş tərəfindən 1870-ci ildə xeyriyyə məqsədi ilə tikilib.