“Çelsi” Hazarı “Real Madrid”ə satmaqdan imtina edib

14:15 22-07-2018 20
loading...

“Çelsi” yarımmüdafiəçi Eden Hazarı “Real Madrid”ə satmaqdan imtina edib.

HerGun.Az Daily Mirror-a istinadən xəbər verir ki, 2018-ci il Dünya Kubokunun Belçika milli komandasının bürünc mükafatçısı olan futbolçuya “Real” 170 milyon funt (190 milyon avro) təklif edib.

Ancaq “Real”ın şərtləri rədd edilib. Belə ki, yeni baş məşqçi Maurizio Sarri oyunçunu satmaq istəməyib.

“Hazar-Avropanın ən yaxşı futbolçularından biridir. Ümid edirəm ki, onu daha da yaxşı edə biləcəm, ancaq bu bir az çətin olacaq. O, artıq böyük uğurlar qazanıb”- deyə Sarri qeyd edib.

Qeyd olunur ki, “Çelsi” yenidən daha yaxşı şərtlərlə müqavilə təqdim etmək niyyətindədir. Bu müqavilədə məbləğ artırılaraq 300 min funt (335 min avro) olacaq.

27 yaşlı Hazar 2012-ci ildən “Çelsi”də oynayır.