Ruhani Trampa xəbərdarlıq edib: Odla oynama

14:50 22-07-2018 18
loading...

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa “Odla oynamamağı” məsləhət görüb.

HerGun.Az xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.

H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: 

“Cənab Tramp, odla oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.