Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

01:40 13-02-2020 340

Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib. 

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb. 

Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub. 

Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.