Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

08:45 18-06-2019 426

Bakı Metrosunun işində nasazlıq yaranıb.

HerGun.Az-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb. 

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib ki, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib: 

“Həzi Aslanov stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin Qatarın əvəzinə xətyə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.