Amazoniya meşələrində fövqəladə hadisə: zədələnmiş boru kəmərindən neft axır

07:18 10-07-2019 721

Peruda naməlum şəxslər ölkənin ən uzun neft kəməri “Norperuano”ya zərər vurublar.

RİA Novosti” xəbər verir ki, bu barədə “Petroperu” şirkəti bildirib.

Məlumata görə, neft axıntısı Baqua əyalətində Nyeva çayı yaxınlığında aşkar edilib.

Şirkətdən bildiriblər ki, bu sektorda anomaliyalar aşkar edilməyib və hadisə daha çox kiminsə cinayətkar əməllərinə bənzəyir.

Qeyd edilir ki, kəmərdə külli miqdarda xammal itkisi baş verib.

Hadisə yerinə mütəxəssislər briqadası göndərilib. Onlar yaranan fəsadların aradan qaldırması ilə məşğul olur.