Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya düşdü - FOTO

10:54 10-07-2019 728

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

HerGun.Az-ın məlumatına görə, avtobus Gürcüstan sərhədində sərnişinlər endikdən sonra yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan ərazisində polis faktı araşdırıb. 50 nəfərə qədər sərnişin altı saatdan çox Gürcüstanla Azərbaycan sərhədində neytral zonada gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Tehran Orucoğlu