Çindən kənarda koronavirusa yoluxanların sayı 1200-ə çatdı

03:40 22-02-2020 344

Çinin hüdudlarından kənarda СoViD-19 pnevmoniyasına yoluxmuş insanların sayı 1200 nəfərə çatıb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, ötən gün ərzində dünyada 127 yeni yoluxma hadisəsi qeydə alınıb. ÇXR-dən başqa, virus daha 26 ölkədə yayılıb. Çindən kənarda ölənlərin ümumi sayı səkkiz nəfərdir.

Çində isə son məlumatlara görə, 2236 nəfər virusdan dünyasını dəyişib. Eyni zamanda ölkədə 75 465 nəfər xəstəliyə yoluxub, onlardan 11 633-ü ağır vəziyyətdədir.