Ucarda minik avtomobili yandı - VİDEO

06:00 22-02-2020 33

Ucarda yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yeniyol kəndində qeydə alınıb.

Kənd sakini Şamo Maarif oğlu Hacıyevə məxsus minik avtomobili hərəkətdə olarkən anidən alışıb. Alov güclü olduğundan hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri, texnikası cəlb edilib və yanğın söndürülüb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Yanğın güclü olduğundan avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.