Daha bir ölkədə koronavirus tapıldı

17:40 29-02-2020 327

Qətərdə ilk dəfə COVID-19 yeni tip koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Faktı Qətərin Səhiyyə Nazirliyi də təsdiqləyib.

Xəstəlik Qətərin İrandakı vətəndaşlarını təxliyyə etmək üçün göndərdiyi təyyarə ilə ölkəyə gələn şəxsdə aşkarlanıb. Xəstənin vəziyyətinin stabil olduğu qeyd edilib.