Futbolçu topu üzərindən aşıraraq vurmaq istədi, burnunu sındırdı – VİDEO

09:00 05-03-2020 54

Polşanın “Lodz” klubunun müdafiəçisi Maçey Dabrovskiy oyun zamanı xəsarət alıb.

“The Sun” xəbər verir ki, künc ötürməsindən sonra futbolçu topu üzərindən aşıraraq vurmaq istəyib.

Lakin 32 yaşlı müdafiəçi buna nail ola bilməyib və nəticədə burnunu sındırıb.

Qeyd etmək lazımdır ki, ölkə çempionatında son pillədə yerləşən klub bir müddət müdafiəçisiz oynamalı olacaq.