20 yaşlı qadın itkin düşüb - Evə qayıtmayacağını deyib
13:36 11-07-2019 549
Bakıda 20 yaşlı qadın itkin düşüb.
HerGun.Az xəbər verir ki, Binəqədi rayonu, 28 May qəsəbəsində fərdi evdə yaşayan Hüseynova Gültəkin Natiq qızı ayın 8-i saat 11 radələrində evdən çıxıb və telefon vasitəsilə bir daha evə qayıtmayacağını bildirib.
Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Əliyev Yusif Elşən oğlu ərizə ilə müraciət edib.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Könül Cəfərli