Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək

08:40 14-03-2020 412

“Alibaba” şirkətinin təsisçisi Cek Manın fondu ABŞ-a bir milyon tibbi maska və koronavirusu müəyyən edən 500 min dəst bağışlayacaq.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilir.

“Ölkəmin təcrübəsinə əsaslanaraq bilirəm ki, virusun yayılmasının qarşısının alınmasında ən effektiv yol tibb işçilərini sürətli və dəqiq testləşdirmə və şəxsi müdafiə vasitələri ilə təchiz etməkdir”,- deyə xeyriyyəçi qeyd edib.

Cek Ma bildirib ki, bunun ABŞ-ın koronavirusa qalib gələcəyinə kömək edəcəyinə ümid edir. Milyarderin sözlərinə əsasən, virusla bir dövlətin səyləri ilə mübarizə aparmaq mümkün deyil.