Venesuelada fövqəladə vəziyyət elan olundu

10:40 14-03-2020 390

Venesuela Prezidenti Nikolas Maduro ölkədə COVID-19 yeni tip koronavirusun yayılması səbəbilə fövqəladə vəziyyət elan edib.

Bu barədə “Ultimas Noticias” portalı məlumat yayıb.

Nikolas Maduro koronavirusla mübarizəni “ümummilli məqsəd” adlandırıb.