“Qarabağ” fəaliyyətini dondurdu

18:40 16-03-2020 58

“Qarabağ” klubu fəaliyyətini dayandırıb. 

HerGun.Az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar klubun əsas, əvəzedici komandalarının və Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.

Qeyd edək ki, daha əvvəl digər Azərbaycan Premyer Liqası klubları analoji qərarlar verib.