Ağdaşda gənc bıçaqlandı

09:40 17-03-2020 330

Ağdaş rayonunda 24 yaşlı kişi bıçaqlanıb. 

HerGun.Az xəbər verir ki, hadisə rayonun K.Kərimov küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Həsənxan Əhmədxanlı ilə həmyerlisi, 1998-ci il təvəllüdlü Vüsal Xəlilov arasında mübahisə yaşanıb.

Yaranan mübahisə zəminində V.Xəlilov bıçaqla H.Əhmədxanlıya xəsarət yetirib. Dörd bıçaq zərbəsi alan H.Əhmədxanlı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli